Bəxtiyar Vahabzadə – Heyif [Şiir]
Heyif o gözlərə o baxışlara,
Özgə birisinə baxacaq həmən.
Heyif o ilahi qövsi qaşlara,
Sınacaq kədərli düşüncələrdən.
Heyif o alovlu ötən çağlara,
Uçan yad budağa tez qonacaqdır.
Heyif gülə bənzər o dodaqlara,
Özgə bir dodağa toxunacaqdır.
Gülüm heyif sənə yazıqlar mənə,
Qoruya bilmədim məhəbbətimi.
Özüm bilə-bilə verirəm yenə,
Özgə birisinə səadətimi.
– Bəxtiyar Vahabzadə | Heyif
Güzel şiir