Bahtiyar Vahapzade – Azerbaycan Türkiye [Şiir]

Azərbaycan-Türkiyə
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət.
Hər ikisi cümhuriyyət
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız—
Sevincimiz-məlalımız.
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Ana yurdda-yuva qurdum,
Ata yurda könül verdim.
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
– Bəxtiyar Vahabzadə
![Bahtiyar Vahapzade - Vatan Marşı [Şiir] Bahtiyar Vahapzade](/wp-content/uploads/2020/10/Bahtiyar-Vahapzade-220x150.jpg)

![Bəxtiyar Vahabzadə - Heyif [Şiir] Bahtiyar Vahapzade Okurken](/wp-content/uploads/2020/10/Bahtiyar-Vahapzade-Okurken-220x150.png)
![Bəxtiyar Vahabzadə - Larisaya [Şiir] Bahtiyar Vahapzade Fotoğrafı](/wp-content/uploads/2021/02/Bahtiyar-Vahapzade-Fotografi-220x150.png)
![Bəxtiyar Vahabzadə - Həyat Sən Nə Şirinsən?! [Şiir] Bəxtiyar Vahabzadə](/wp-content/uploads/2020/10/Bəxtiyar-Vahabzadə-220x150.jpg)



